Rusiyada qadın müğənni karaoke klubunun administratorunu bıçaqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Moskvada müğənni karaoke klubunun administratorunu ürəyindən bıçaqlayıb. Kişi qalmaqallı qadını müəssisəyə buraxmaqdan imtina edib.
Qadın karaoke klubda qeyri-etik davranışına görə ondan məkanı tərk etməsi tələb olunduqdan sonra, qəzəblənərək klubun administratoruna bıçaqla hücum edib.
Hadisə nəticəsində administrator sinə nahiyəsindən ağır xəsarət alıb və təcili şəkildə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hücum edən qadın polis tərəfindən həbs edilib. Faktla bağlı “Qəsdən sağlamlığa ağır xəsarət yetirmə” maddəsi üzrə cinayət işi başlanıb.
Xuraman Etibarlı
İnterpress.az






