Bu gün “Old Trafford” stadionunun boşaldılması səbəbindən İngiltərə çempionatında sonuncu turda “Mançester Yunayted” və “Bornmut” komandaları arasında keçirilməsi nəzərdə tutulan oyun təxirə salınıb.
İnterpress.az -ın “The Telegraph” nəşrinə istinadən verdiyi məlumata görə, saat 17:00- da oyunun keçirilməsinin nəzərdə tutulduğu stadionda evakuasiyaya səbəb partlayış təhlükəsi olub.
Tribunadan şübhəli paket tapılıb. Hazırda polis stadionda axtarış aparır.
İnterpress.az