Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov xəbər verib.
Onun sözlərinə görə, bu məsələ yaxın vaxtlarda onun İrəvana səfəri zamanı müzakirə edilib.
“Ermənistan komandası yarışda iştirak edəcək. Onlar bundan imtina etməyiblər. Bu yaxınlarda Ermənistanda idim və yığma komandanın kapitanı Levon Aronyan Bakıda Dünya Kuboku üzrə yarışda çıxış etməsini xoş xatirələrlə yada saldı”, – deyə Kirsan İlyumjinov bildirib.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası 1-14 sentyabrda Bakıda keçiriləcək. Ötən il sentyabrın 10-u Bakıda keçirilən şahmat turnirində ermənilər də çıxış edib.
Ermənistanı bu yarışmada Levon Aronyan, Qabriel Sarqsyan, Qrant Melkumyanvə Samvel Ter-Saakyan təmsil edib. Varujan Akopyan və Samuel Sevyanisə ABŞ bayrağı altında yarışda çıxış edib. ( anspress.com )
İnterpress.az