Vüqar Həşimovun xatirəsinə həsr olunan oyunlar keçirilibbackend

Vüqar Həşimovun xatirəsinə həsr olunan oyunlar keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ənənəvi yarış Azərbaycan derbisi ilə əlamətdar olub.

Bir vaxtlar millimizin lideri olan, ancaq son aylar “kölgə”yə çəkilən Teymur Rəcəbov Rauf Məmmədovla üz-üzə gəlib. Görüşdə qalib müəyyənləşməyib.

Digər təmsilçilərimizdən Şəhriyar Məmmədyarov hindistanlı Pentala Harikrişnaya məğlub olub. Eltac Səfərli Hou Yifanla xalları yarı bölüb. Hər 2 təmsilçimiz “qara fiqurlar”la mübarizə aparıb.

ShamkirChess 2016
27 may
II tur
Aniş Qiri (Hollandiya, 2790) – Sergey Karyakin (Rusiya, 2779) – 1:0
Pentala Harikrişna (Hindistan, 2763) – Şəhriyar Məmmədyarov (Azərbaycan, 2748) – 1:0
Pavel Elyanov (Ukrayna, 2765) – Fabiano Karuana (ABŞ, 2804) – 0:1
Hou Yifan (Çin, 2663) – Eltac Səfərli (Azərbaycan, 2664) – 0,5:0,5
Rauf Məmmədov (Azərbaycan, 2655) – Teymur Rəcəbov (Azərbaycan, 2726) – 0,5:0,5

Qeyd edək ki, ilk turda bütün oyunlar heç-heçə başa çatıb.

Turnir cədvəli

1. Fabiano Karuana – 1,5
2. Pentala Harikrişna – 1,5
3. Aniş Qiri – 1,5
4. Teymur Rəcəbov – 1
5. Hou Yifan – 1
6. Rauf Məmmədov – 1
7. Eltac Səfərli – 1
8. Sergey Karyakin – 0,5
9. Şəhriyar Məmmədyarov – 0,5
10. Pavel Elyanov – 0,5

İnterpress.az