Interpress.az saytı xarici mediaya istinadən xəbər verir ki, faciə Bağdadın 50 km. şimal-şərqində yerləşən Bakuba şəhərində baş verib.. Terrorçular azarkeşlərin oyuna baxdıqları yerə girərək avtomatdan nizamsız şəkildə atəş açmağa başlayıblar. İlkin məlumatlara görə, 12 nəfər ölüb, 8 nəfər yaralanıb. Digər mənbələr ölənlərin sayının 5, yaralıların sayının isə 4 olduğunu yazır. Öldürülənlərin 18-30 yaş aralığında olduqları bildirilir. Fanatlara hücum edənlər hadisə yerindən qaçıblar, onlardan heç biri saxlanılmayıb.
Interpress.az