İnterpress.az xarici mediaya istinadən bildirir ki, liderlər sırasına İspaniya, Almaniya və Fransa komandaları düşüb.
İyunun 10-dan iyulun 10-dək keçiriləcək yarışların iştirakçıları arasında ən bahalısı İspaniya millisidir. Bu komandanın oyunçularının ümumi dəyəri 658 milyon avrodur.
Analitiklər ikinci sıradakı Almaniya millisini 566, Fransanı isə 493 milyon avro dəyərləndiriblər. Belçika ilə İngiltərə qonşularından az fərqlə – müvafiq olaraq 452 və 447 milyon avro ilə geridə qalır.
İlk onluğa düşən digər komandalar bunlardır: İtaliya (314 milyon), Portuqaliya (305 milyon), Xorvatiya (260 milyon), Polşa (174 milyon) və Türkiyə (171 milyon).
13-cü sıradakı Rusiya millisinin dəyəri 135 milyon avrodur. Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan millilər arasında dəyəri ən aşağı olan 28 milyon avro ilə Macarıstandır.
[b]İnterpress.az [/b