Samir Cəbrayılov Ukrayna Turunun ən yaxşı gənc velosipedçisidirbackend

Samir Cəbrayılov Ukrayna Turunun ən yaxşı gənc velosipedçisidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

19 komandanın iştirak etdiyi 3 günlük yarış Azərbaycan velosipedçiləri üçün uğurla başa çatıb. Yarışın elə birinci mərhələsindən etibarən yaşı 23-dək olan ən yaxşı gənc velosipedçi üçün nəzərdə tutulmuş köynəyi ələ keçirən U-23 yığmamız və \”Synergy Baku\” komandasının üzvü Samir Cəbrayılov üstünlüyünü sonadək qoruyub. \”Ən yaxşı gənc velosipedçi\” köynəyindən başqa, Samir ilk yarış günündə olduğu kimi, sonuncu mərhələdə də finiş xəttini 3-cü keçib və ümumi təsnifatda 114 velosipedçi arasında 4-cü yeri tutub.

Qeyd edək ki, \”Synergy Baku\” \”Tour of Ukraine\”da Elgün Əlizadə, Kənan Qəhrəmanlı, Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Surutkoviç və İsmayıl İlyasovdan ibarət heyətlə mübarizə aparıb.

İnterpress.az