153 km məsafəni Qazaxıstanın \”Astana City\” komandasının üzvü Nurbolat Kulimbekovla eyni vaxtda keçən Samir rəqibindən azacıq geri qalıb və 2-ci nəticə göstərib – 3 saat, 25 dəqiqə, 24 saniyə. Finiş xəttini 3-cü və 4-cü keçənlər də \”Astana City\” komandasının üzvləri olub.
Məlumat üçün bildirək ki, \”Synergy Baku\” bu yarışda U-23 yığma komandamızın 4 üzvü ilə təmsil olunub. Digər 3 velosipedçimizin nəticələrinə gəlincə, Elgün Əlizadə 8-ci, İsmayıl İlyasov 20-ci, Kənan Qəhrəmanlı 25-ci yeri tutub. Ümumilikdə isə yarışda 19 komandanın tərkibində 104 velosipedçi start xəttinə çıxıb ki, onlardan da 21-i mübarizəni yarımçıq dayandırıb.
İnterpress.az