39 Özbəkistan vətəndaşı ABŞ-dən deportasiya edilib.
Interpress.az xəbər verir ki, bu barədə Amerika səfirliyi məlumat yayıb.
Bildirilir ki, ABŞ-dən qanunsuz səfərdə olan 39 özbək vətəndaş Özbəkistana deportasiya edilib.
Amerika səfirliyi Daşkənddə yayılan bəyanatında ölkənin deportasiya əməliyyatlarında Özbəkistan hökumətinin əməkdaşlığına dərin təşəkkürünü bildirib.
Xuraman Etibarlı
İnterpress.az