Rusiya mütləq Avropa Oyunlarını keçirməlidirbackend

Rusiya mütləq Avropa Oyunlarını keçirməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazir sonuncu müsahibəsində “Növbəti Avropa Oyunlarını yalnız Rusiya keçirməlidir. Rusiya imtina edirsə, bu mənim səlahiyyətimdən kənardır. Lakin Avropa Oyunları yaxşı yarışlardır və idmançılar üçün böyük yarış təcrübəsidir. Axı olimpiya kəndində yaşamaq onlara vacibdir”.

“Əminəm ki, Avropa Oyunlarında iştirak edənlər Olimpiya Oyunlarında yaxşı nəticələr göstərəcəklər. Çünki oxşar atmosferdə yarışlarda iştirak təcrübəsi özünü büruzə verməlidir. Avropa Oyunları gərəklidir, onların çox yaxşı gələcəyi olmalıdır. Düşünürəm ki, Rusiya bu baxımdan idmançılara kömək edəcək, Kazan isə bunu dəstəkləyəcək” deyib.

Bir qədər qəribə bəyanatdır. Nəyə görə yalnız Rusiya? Və nəyə görə “məcburdur”? Bəlkə nazir bizim bilmədiyimiz nədənsə xəbərdardır? Ola bilsin ki, Rusiya 2019-cu ildə keçiriləcək Avropa Oyunlarının keçirilməsini Rusiya öz öhdəsinə götürmüşdü, lakin sonradan bundan imtina etdi.

Məlum olduğu kimi, bu yaxınlarda Rusiyanın idman naziri Vitali Mutko Rusiyanın ikinci Avropa Oyunlarını keçirməyəcəyini deyib. Bundan əvvəl isə Hollandiya Avropa Oyunlarından imtina etmişdi.

Xatırladaq ki, birinci Avropa Oyunları 2015-ci ilin iyun ayının 12-dən 28-nə kimi Bakıda keçirilmişdi. (virtualaz.org)

İnterpress.az