“Burada keçiriləcək yarışlarda iştirak etmək məni çox sevindirir”backend

“Burada keçiriləcək yarışlarda iştirak etmək məni çox sevindirir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarışlar üzrə direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq Bakıya səfər edərək, 17-19 iyun tarixlərində Azərbaycanın paytaxtında təşkil olunacaq 2016-cı il Formula 1 Avropa Qran Prisinin keçiriləcəyi Bakı Şəhər Halqasında hazırlıq işlərinin gedişatı ilə yaxından tanış olub.
Vaytinq və onun komandasının ötən ay keçirdiyi təftişdən cəmi bir neçə həftə sonra baş tutan sonuncu səfər zamanı trek və onun ətrafındakı yardımçı binaların Formula 1 Qran Pri yarışının keçirilməsinə hazırlıq səviyyəsi bir daha qiymətləndirildi. Aparılan hərtətəfli təftiş işlərindən sonra jurnalistlərin suallarını cavablandıran Vaytinq son işləri tamamlanmaqda olan şəhər trekindən böyük məmnunluğunu ifadə etdi:
“Sonuncu səfərimdən sonra həyata keçirilən hazırlıq işləri məni çox sevindirir. Trekdə yekunlaşmış işlərin həcminə baxdıqda, sözün yaxşı mənasında, təəccüblənirəm. Biz təxminən 4-5 saat vaxt sərf edərək, trekin hər bir qarışını yoxladıq. Ümumiyyətlə, trekdə bu günə qədər başa çatan işlərin keyfiyyəti çox yüksəkdir və şəxsən öz adımdan qeyd etmək istərdim ki, bir həftədən sonra burada keçiriləcək tədbirdə iştirak etməyi həyəcanla gözləyirəm”.

“Burada keçiriləcək yarışlarda iştirak etmək məni çox sevindirir”

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 2016-cı il Formula 1 Avropa Qran Prisinin təşkili ilə bağlı lazımi hazırlıq tədbirlərinin böyük əksəriyyətini müvəffəqiyyətlə başa vurub və son tamamlama işlərini iyun 16-dan əvvəl başa çatdırmaq əzmindədir.
Hökumət Evinin qarşısındakı Paddokda yerləşən Pit binasının, o cümlədən, Beynəlxalq Avtomobil Federasiyası (FİA), Formula Bir Rəhbərliyi (FOM), Bakı Şəhər Halqası və tədbirin digər təşkilatçıları üçün nəzərdə tutulan inzibati binaların inşası artıq yekunlaşıb. Qeyd olunan binalarda texniki avadanlığın quraşdırılması işlərinin artıq son ərhələsi həyata keçirilir.

“Burada keçiriləcək yarışlarda iştirak etmək məni çox sevindirir”

Bakı Şəhər Halqasının asfalt örtüyü artıq hazırdır. Belə ki, son asfalt örtüyünün çəkilməsi də yekunlaşıb. Trekin ətrafındakı təhlükəsizlik baryerlərinin quraşdırılması işlərinin 95%-i sona çatıb.
Şəhər sakinlərinin fasiləsiz hərəkətini təmin etmək üçün trekin bəzi yerlərində təhlükəsizlik baryerlərinin quraşdırılması qarşıdakı günlərdə həyata keçiriləcək. Eyni zamanda, 14-16 iyun tarixləri ərzində Bakı Şəhər Halqasının keçdiyi küçələr nəqliyyatın hərəkəti üçün tamamilə bağlanaraq son hazırlıq işləri, o cümlədən qalan təhlükəsiz baryerlərinin quraşdırılması, trekin yarış standartlarına müvafiq şəkildə boyanması və digər zəruri işlər həyata keçiriləcək. Bakı Şəhər Halqası ətrafında quraşdırılacaq bütün tribunaların tikintisinin bu həftə yekunlaşması nəzərdə tutulub. Bundan yanaşı, Formula 1 Şəhərciyinin yerləşəcəyi dənizkənarı bulvarda da hazırda tikinti-quraşdırma işləri sürətlə davam etdirilir.

“Burada keçiriləcək yarışlarda iştirak etmək məni çox sevindirir”

Gülşanə Mustafayeva
İnterpress.az