A.Rəhimov deyib ki, Avropa Qran Prisinin keçirilməsinə böyük məbləğdə özəl investisiya qoyulmayıb. Təşkilat Komitəsinin sədri qoyduqları vəsaitin gələcəkdə turizm hesabına geri qayıdacağına ümid etdiyini bildirib: \”Formula-1”in keçirildiyi şəhər trası yeni təyinat məntəqələrindən biri kimi Bakıya turistlərin diqqətini cəlb etmək imkanı verir. Hədəfimizə çatacağımıza və “Formula-1”in təşkilinə qoyulan vəsaitin gələcəkdə turizm hesabına geri qayıdacağına ümidvarıq. Hesablama sadədir. 18,5 min nəfərlik oturacaq quraşdırılıb, 30 minədək bilet satışa çıxarılıb. Biletlərin 10 mini azad yerləşmə məkanları üçün nəzərdə tutulub. Yürüş ərəfəsində biləcəyik ki, nə qədər bilet hansı qiymətə satılıb və gəlirimizi çıxaracağıq. İkincisi turizmdən gəlirdir. Burada da hesablama apara bilərik. Bu, Bakı hotellərində 12-14 min nəfərlik yerlərdir. Üstəlik, bilirəm ki, villa və apartamentlər də icarəyə götürürlər. Yəqin ki, biz 15-16 min turist barədə danışa bilərik. Biletlər, hotellər, yemək və nəqliyyat xərclərini orta məbləğdən hesablayırıq. Bunlar iqtisadiyyata, vergilərə təkandır. Əlbəttə, bu il xərclədiyimiz vəsaiti qaytara bilməyəcəyik. Amma gələn il hər şeyin hazır vəziyyətdə olacağını, asfalt qatının dəyişdirilməyəcəyini nəzərə alaraq, ümidvaram ki, gəlir götürə biləcəyik\”.
Qeyd edək ki, “Avropa Qran-Prisi” 1983-cü ildən keçirilməyə başlayıb. Əvvəllər bu yürüş İspaniya, Almaniya və Böyük Britaniyanın 5 müxtəlif trasında baş tutub. “Avropa Qran-Prisi” 3 illik fasilədən sonra “Formula-1” təqviminə qayıdıb və 17-19 iyunda Bakının mərkəzi küçələrində təşkil olunacaq.Ruusiyanın (Sovetskiy Sport)
İnterpress.az