Dünyaca məşhur tennisçi Mariya Şarapovanın dopinqdən istifadəyə görə cəzası məlum olub. Məlumata görə, orqanizmində istifadəsi qadağan olunan dərman preparatı tapılan ulduz idmançı 2 il müddətinə diskvalifikasiya olunub. Bu barədə Beynəlxalq Tennis Federasiyası məlumat yayıb.
Şarapova açıqlama verdi, milyonlar itirdi
Rusiyalı tennisçinin cəzası 2016-cı ilin yanvar ayının 26-dan başlayır. Həmin gün Avstraliya açıq turnirində Şarapovanın qanında “meldoni” tapılıb.
Beləliklə, məşhur idmançı Rioda keçiriləcək Olimpiya oyunlarını buraxmalı olacaq. Həmçinin tennisçinin Avstraliya açıq turnirindəki xalları hesablanmayacaq.
Bir müddət əvvəl Mariya Şarapovanın qanında dopinq tapılıb. Bu barədə idmançı özü ABŞ-da mətbuat konfransı keçirərək məlumat vermişdi.
Beynəlxalq Tennis Federasiyası (ITF) tennisçini bir müddət yarışlardan uzaqlaşdırıb. Bu qadağa onun işi haqqında yekun qərar verilənə kimi davam edib.
Şarapova idmandan əlavə çox sayda reklam çarxlarında da rol alıb. \”Forbes\”in siyahısına düşən Şarapova ildə 30 milyon dollarlıq gəliri ilə 2015-in ən çox qazanan qadın idmançılarından olub. Bu gəlirin isə ancaq 7 milyon dolları idman sahəsindən olub.
Lakin dopinq qalmaqalından sora bəzi şirkətlər gözəl idmançı ilə əməkdaşlıqdan imtina etməli olublar. (ans)
İnterpress.az