BNA: 21 saylı marşrut xəttinin fəaliyyəti nəzarətdədir- Rəsmibackend

BNA: 21 saylı marşrut xəttinin fəaliyyəti nəzarətdədir- Rəsmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu fotoları İnterpress.az-ın əməkdaşı günorta saatlarında \”Xətai\” Metrostansiyası ilə üzbə-üz dayanacaqda Kimya İnstitutunun qarşısında çəkib.

BNA: 21 saylı marşrut xəttinin fəaliyyəti nəzarətdədir- Rəsmi

21 saylı marşrut xətti başda olmaqla 32,30,49-da daxil sürücülər avtobusları dar yolda bir-birinin yanında saxlayıb, yolları kəsib vətəndaşların hərəkətinə mane olurlar.

BNA: 21 saylı marşrut xəttinin fəaliyyəti nəzarətdədir- Rəsmi

Nəticədə sərnişinlər çaş-baş qalır.Yolu necə keçəcəyini bilmirlər. Dayanma-duruma qaydalarını pozan və ya bütövlükdə yolu zəbt edən sürücülər yolun dar olması və dayanacağın uyğun yerdə tikilməməsini bəhanə gətirirlər.

BNA: 21 saylı marşrut xəttinin fəaliyyəti nəzarətdədir- Rəsmi

Məsələ, ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qrumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirir ki, ümumiyyətlə 21 saylı marşrut xəttində olan avtobusların vəziyyəti, sürücülərinin qeyri-peşəkarlığı barədə mütəmadi qurumumuza müraciətlər daxil olur:

BNA: 21 saylı marşrut xəttinin fəaliyyəti nəzarətdədir- Rəsmi

\”Qısa zaman ərzində apardığımız təhlillər 21 saylı marşrut xəttində nöqsanların olduğunu göstərir. Dayanacağın harda quraşdılıması səlahiyyət sürücülərə verilərsə o zaman bunu irad olaraq qəbul edə bilərik. Dayanacaqda saxlamamalarını bəhanə hesab edirik. Qurum bu nöqsanlarla bağlı artıq müəyyən xətlərdə optimallaşma işlərinə təkan verib. Bu proses
mərhələli davam edəcək\”.

Gülşanə Mustafayeva

İnterpress.az