“Türkiyə çempion olsa, ofisiantlıq edəcəm”backend

“Türkiyə çempion olsa, ofisiantlıq edəcəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xorvatiya millisinin sabiq üzvü İvan Klasniç maraqlı açıqlama ilə gündəmə gəlib. Məlumata görə, \”Avro-2008\”in 1/4 finalında Türkiyə millisinə qol vuran Klasniç Fransada keçirilən turnirdə \”Ay-ulduzlular\”ın şanslarından söz açıb.

O, Türkiyənin çempion olacağı halda ofisiantlıq edəcəyini bildirib. Vaxtı ilə qardaş ölkədə \”Qaziantepspor\”un formasını geyinən xorvatiyalı məsələyə belə münasibət bildirib:

\”Məyus olduğumuz matçın revanşını almaq istəyirik\”.
\”Türkiyə ilə ilk oyunda yaxşı nəticə əldə edəcəyimizi düşünürəm. Komandanın motivasiyası üst səviyyədədir. Oyuna yaxşı hazırlaşıblar. Keçmişdə məyus olduğumuz matçın revanşını almaq istəyirik. 2008-ci ildəki qarşılaşma bizim üçün dramatik oyun idi. Həmin gün meydanda kimin ən yaxşı olduğunu anlamaq çətin idi. 119-cü dəqiqədə qol vuranda böyük sevinc yaşadıq. Elə o an \”bu iş bitdi\” deyə düşünmüşdüm. Amma düşündüyüm kimi olmadı. Hətta ölkədə heykəlim də hazırlnamışdı, kimsənin düşünmədiyi anda məhv olduq. İtaliyan restoranı işlədən bir dostumla bəhsə girmişik. Mənə Türkiyənin çempion olacağını dedi. Onunla bəhsə girdim ki, Türkiyə çempion olsa, mən də sənə ofisiantlıq edəcəm\”.

"Türkiyə çempion olsa, ofisiantlıq edəcəm"

İvan Klasniç

D qrupunda qərarlaşan Türkiyə millisi Xorvatiya, Çexiya və İspaniya yığmaları ilə mübarizə aparacaq. Türkiyənin turnirdə ilk oyunu iyunun 12-də Xorvatiyaya qarşı olacaq. Fransada keçirilən Avropa çempionatı iyun ayının 10-dan iyulun 10-dək davam edəcək.

Türkiyə millisinin baş məşqçisi Fatih Terim \”Avro-2016\”nın final mərhələsi üçün yığmanın yekun heyətini açıqlayıb. \”Ay ulduzlular\”ın heyətində Avropa çempionatına yollanacaq 23 futbolçu müəyyənləşib.

Qapıçılar: Volkan Babacan (\”Medipol Başakşehir\”), Onur Recep Kıvrak (\”Trabzonspor\”), Harun Tekin (\”Bursaspor\”)

Müdafiəçilər: Gökhan Gönül, Şener Özbayraklı (hər ikisi \”Fənərbaxça\”), Hakan Balta (\”Qalatasaray\”), Caner Erkin (\”Fənərbaxça\”), İsmayıl Köybaşı (\”Beşiktaş\”),Semih Kaya (\”Qalatasaray\”), Ahmet Çalık (\”Gənclərbirliyi\”)

Yarımmüdafiəçilər: Mehmet Topal (\”Fənərbaxça\”), Səlçuk İnan (\”Qalatasaray\”), Ozan Tufan (\”Fənərbaxça\”), Oğuzhan Özyakup (\”Beşiktaş\”), Hakan Çalhanoğlu (\”Bayer\” Leverkuzen), Nuri Şahin (\”Borussiya\” Dortmund), Arda Turan (\”Barselona\”), Olcay Şahan (\”Beşiktaş\”), Volkan Şen (\”Fənərbaxça\”), Emre Mor (\”Nordsjaelland\”),

Hücumçular: Burak Yılmaz (\”Pekin Qoan\”), Cenk Tosun (\”Beşiktaş\”), Yunus Mallı (\”Mayns\”) (ans)

İnterpress.az