Məlumata görə, Uelsin futbolçusu Qaret Beyl matçdan öncə isinmə hərəkətləri zamanı bir azarkeşin burnunu qırıb.
Madrid \”Real\”ının ulduz futbolçusunun qapıya doğru vurduğu zərbələrdən biri tribunada əyləşən azarkeşin üzünə tuş gəlib. Nəticədə həmin azarkeşin burnu qırılıb. Az sonra hadisədən xəbər tutan Beyl dərhal həmin azarkeşdən üzr istəyib.
Qeyd edək ki, Uels – Slovakiya oyunu 2:1 hesabı ilə Britaniya təmsilçisinin xeyrinə başa çatıb. (musavat)
İnterpress.az