İngiltərənin milli futbol komandasının baş məşqçisi Roy Hocson AVRO-2016 şərçivəsində keçirilən İngiltərə-Rusiya matçından sonra baş tutan mətbuat konfransında rusiyalı jurnalistin sualına əsəbi cavab verib.
Rusiya mediasından istinadla xəbər verilir ki, rusiyalı jurnalist baş məşqçiyə sözü gedən oyunun son dəqiqələrində hesabı bərabərləşdirən rusiyalı futbolçu Vasili Berezutski barədə sual verib ki, soruşub ki, Hocson Berezutskinin soyadını yadında saxladımı.
Baş məşqçi sualı eşidən kimi əsəbiləşib və deyib: \”Sizcə, bu ciddi sualdır? Siz bunu ciddi sual hesab edirsiniz? Mən ümumiyyətlə, Rusiya yığmasının bütün oyunçularını tanıyıram. Biz onlarla oyuna hazırlaşmışıq. Siz bu sualla məni təhqir edirsiniz. Bu, bugünkü oyuna qətiyyən aidiyyatı olmayan bir sualdır\”.
Qeyd edək ki, dünən keçirilən oyun 1:1 hesablı bərabərliklə başa çatıb. İngilislər qələbəni son dəqiqələrdə əldən veriblər. (musavat)
İnterpress.az