Türkiyə- Xorvatiya oyunu qabağı həyəcan siqnalıbackend

Türkiyə- Xorvatiya oyunu qabağı həyəcan siqnalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə mətbuatının istinadən verdiyi məlumata görə, buna səbəb ötən gün Rusiya və İngiltərə milli komandalarının azarkeşləri arasında düşən davanın bu oyunda da təkrarlana biləcəyi barədə polisə daxil olan məlumatdır.

Bildirilir ki, Fransa polisi iki komanda azarkeşlərinin oyun öncəsi və sonrası toqquşa biləcəyindən ehtiyatlanır. Ölkənin yerli televiziyaları və bu gün nəşr edilən qəzetləri keçiriləcək matç üçün hüquq-mühafizə orqanlarına xəbərdarlıq ediblər.

Ölkənin güc strukturlarının Türkiyə-Xorvatiya oyununu 4 dərəcəli risk qrupu üzərindən 3-cü dərəcəyə aid ediblər və 2014-cü ildə xorvat azarkeşlərin İtaliya ilə oyun zamanı törətdikləri neqativ hallara diqqət çəkiblər. Buna görə də, təhlükəzlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb.

Digər tərəfdən “Avro-2016”da Xorvatiyanın rəsmi mahnısı seçilən “Lijepa Li Si” (Nə qədər gözəlsən) mahnısı ilə bağlı bir sıra problemlər ortaya çıxıb. Fransanın bəzi təşkilatları bu marşın qadağan edilməsini istəyib.

Mahnının şovinizm, hücum və şiddət mövzusunda olduğunu irəli sürən bəzi fransız təşkilatları bunun üçün UEFA, Fransa İdman Nazirliyi və Xorvatiya Futbol federasiyasına müraciət ediblər.

Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. (ans)

İnterpress.az