Futbol üzrə XV Avropa çempionatının \”D\” qrupunda qardaş Türkiyə millisi Xorvatiya yığması ilə qarşılaşır. Artıq Xorvatiya millisi hesabı açıb. Qolun müəllifi millinin oyunçusu Luka Modriçdir.
Məlumata görə, Parisdəki \”Park de Prəns\” stadionunda keçirilən görüşü isveçli baş hakim Conas Erikson idarə edir.
Türkiyə millisinin baş məşqçisi Fatih Terim start heyətdə Volkan Babacan, Caner Erkin, Hakan Balta, Mehmet Topal, Gökhan Gönül, Oğuzhan Özyakup, Selçuk İnan, Ozan Tufan, Arda Turan, Hakan Çalhanoğlu və Cenk Tosuna şans verib.
Xorvatiya yığmasında isə start heyətdə Subaşiç, Striniç, Vida, Çorluka, Srna, Badelj, Modriç, Perişiç, Rakitiç, Brozoviç və Mandzukiç yer alıblar.
Türkiyə və Xorvatiya yığmaları 2008-ci ildə keçirilən Avropa çempionatının 1/4 finalında üz-üzə gəlib. Həmin matçın 119-cu dəqiqəsində xorvatlar hesabı açsa da, bir dəqiqə sonra Türkiyə millisi Semih Şəntürklə bərabərlik qolunu vurub. Penaltilərdə daha dəqiq oynayan Fatih Terimin komandası yarımfinala yüksəlib.(ans)
İnterpress.az