Ukrayna KİV-nin verdiyi xəbəər görə, 67 yaşlı mütəxəssis oyunçulara da Avropa çempionatının qrup mərhələsində Polşa ilə görüşün onun üçün millilərin baş məşqçisi kimi sonuncu olacağını elan edib.
Mixail Fomenko Ukrayna millisinə 2012-ci ilin dekabr ayından rəhbərlik edir və komandanı Avropa çempionatının final mərhələsinə çıxarıb.
Fransada keçirilən çempionatda Ukrayna millisi Almaniya və Şimali İrlandiya komandalarına hər iki oyunda 2:0 hesabı ilə məğlub olub. Bu səbəbdən Ukraynanın pley-off mərhələsinə çıxmaq şansı qalmayıb. Ukraynalılar son oyunu iyunun 21-də Marseldə Polşa millisinə qarşı keçirəcəklər. (modern.az)
İnterpress.az