Avropa çempionatında Xorvatiya və İspaniya yığmalarına məğlub olan Türkiyə millisi ilə bağlı müzakirələr davam edir. Məlumata görə, əsasən millinin baş məşqçi Fatih Terim və kapitan Arda Turan tənqid atəşinə tutulub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş məşqçi və kapitanı sosial mediada tənqid edənlərə sərt şəkildə etiraz edib. \”Avropa çempionatı zamanı komandamızın kapitanına qarşı səsləndirilən şüarları heç bir şəkildə qəbul etmirəm. Utanırsınızmı? İspanlar alqışlayarkən, siz yuhlayırsınız. Uğurlu bir baş məşqçinin qızına sosial mediada edilənləri bir ata olaraq əsla qəbul etmirəm. Belə bir şey olmaz. İdmanda qələbələr və məğlubiyyətlər ard-arda gələ bilər\”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə millisi
Türkiyə millisinin kapitanı Arda Turan son günlər mətbuat və azarkeşlər tərəfindən çox tənqid olunur. Hətta kapitanın mükafat davası apardığı da bildirilir. Arda Turan bu iddialara \”Instagram\” hesabından yaydığı mesajla cavab verib. Atasına xitab edən futbolçu bütün duyğusal sözlərlə özünü müdafiə edib:
\”Biz uşaqlarını ən gözəl şəkildə böyütmək üçün iki işdə gündə 18 saat çalışmış bir atanın övladıyıq. Atam bilir ki, mənim adım bu dünyada parayla-pulla eyni cümlədə keçməz. İnanıram ki, atam mənim qəlbimi bildikcə, bu dünyada başqa şeyə ehtiyacım yoxdu.
Atalar Günün mübarək olsun, mənim zəhmətkeş qəhrəmanım. Unutma ki, doğruların birgün gün üzünə çıxmaq kimi bir alışqanlığı var. Hələ bir zamanı gəlsin… Ölkəm üçün, bayrağım üçün son saniyəyə qədər mücadiləyə davam edəcəm.\” (ans)
İnterpress.az