“Gənclər Dini Radikallığa və  Ekstremizmə yox deyir”backend

“Gənclər Dini Radikallığa və Ekstremizmə yox deyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti yaninda Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi şurasının dəstəyi ilə “Gəncliyin Təşəbbüsü”Maarifləndirmə İctimai Birliyi 20.05.2016-cı il tarixdən Qazax rayonunda “Gənclər Dini Radikallığa və Ekstremizmə yox deyir” adlı layihəsi cərcivəsində 7 seminar və 1 yekun konfrans keçirib. Yekun konfrans Qazax olimpiya idman kompleksinde“Dini radikalləğ və ekstremizmə yox deyək və Gənclərin Dini radikallığa və ekstremizm ilə mübarizədə üzərinə düşən vəzifələr”mövzusunda kecirilmişdir.Ümumilikde 8 tedbirde 480 nəfər birbaşa,dolayısı ilə 1200 nəfər maariflənmişdir.İştirakcılara 180 ədəd xususi geyim forması paylanılmişdir.Tədbirlərdə daha fəal iştirak edən gənclər Sertifikatlarla mükafatlandırılmışdırlar.
Tedbirlerde Dini ekspert qismində Qafqaz Müsəlmanları Ruhani İdarəsinin zona qazisi İlham Suleymanov iştirak edirdi.
Dini Qurumlarla İş Üzrə Dövlət komitəsinin Tovuz bölgəsinin rəhbəri Vəliyev Eldəniz konfransda iştirakcılarına Dövlətimizdə Din,Dini azadlıq,Dini tolerantlıq,Dini radikalizm və ekstremizm haqda geniş məruzə etmişdir.
Layihənin əsas məqsədi rayonlarında gənclərin Dini radikallığa və ekstremizmə qarşı mübarizəsinə maarifləndirmə yolu ilə dəstək olmaqdır.”Dini ekstremizmə qarşı mübarizə haqda”qununu gənclərə təbliğ etməkdir. Milli mentalitetimizin qorunması,gənclərin hansısa dini cərayana,təriqətə,dini qruplaşmanın,sektanın aldanaraq qurbanına çevrilməsinin qarşısını almaq,onların təsirinə düşməmək layihənin əsas məqsədidir.
Qarşıda qoyulan məsələlər layihə cərcivəsində tam icra olunmuşdur.

İnterpress.az