Türkiyə sahillərinə zəhərli balıqlar yayıldıbackend

Türkiyə sahillərinə zəhərli balıqlar yayıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zəhərli balıq növü olan \”Pterois\” balıqları Aralıq dənizinin şərq hissəsinə yayılaraq Türkiyə və Kipr sahillərinə toplaşıb. Məlumata görə, bu barədə təbiətin müdafiəsi beynəlxalq təşkilatından bildirilib. Təşkilatın yaydığı xəbərdə bu növ balıqların ilk dəfə olaraq Türkiyə sahillərində qeydə alındığı deyilir.

\”Bu sübut edir ki, balıqlar artıq geniş əraziyə yayılıb. Bu da narahatçılıq üçün əsas səbəbdir\” – deyə təbiətin mühafizəsi beynəlxalq təşkilatın nümayəndəsi Mar Otello bildirib.

Ekspertlərin sözlərinə görə, bu balıq növü həm dəniz faunası, həm də insanlar üçün təhlükəlidir. Onların fikrincə, balıqların sürətlə yayılması regionun dəniz ekoloji sisteminə və balıq təsərrüfatı ilə məşğul olan bölgələrin iqtisadiyyatına mənfi təsir göstərəcək.

Türkiyə sahillərinə zəhərli balıqlar yayıldı

Aralıq dənizinin Türkiyə sahili

Zəhərli balıq növü olan \”Pterois\” balıqları Aralıq dənizinin şərq hissəsinə yayılaraq Türkiyə və Kipr sahillərinə toplaşıb. ANS PRESS-in məlumatına görə, bu barədə təbiətin müdafiəsi beynəlxalq təşkilatından bildirilib. Təşkilatın yaydığı xəbərdə bu növ balıqların ilk dəfə olaraq Türkiyə sahillərində qeydə alındığı deyilir.

\”Bu sübut edir ki, balıqlar artıq geniş əraziyə yayılıb. Bu da narahatçılıq üçün əsas səbəbdir\” – deyə təbiətin mühafizəsi beynəlxalq təşkilatın nümayəndəsi Mar Otello bildirib.

Ekspertlərin sözlərinə görə, bu balıq növü həm dəniz faunası, həm də insanlar üçün təhlükəlidir. Onların fikrincə, balıqların sürətlə yayılması regionun dəniz ekoloji sisteminə və balıq təsərrüfatı ilə məşğul olan bölgələrin iqtisadiyyatına mənfi təsir göstərəcək.

\”Pterois\” balıqlarının təbii arealı Karib dənizi hövzəsi hesab olunur. Bu növ balıqların sürətlə yayılması 1990-cı illərdən başlayaraq qeydə alınıb. Bu balıqları müşahidə edən qrupun özlərinin xüsusi saytı da var.

\”Pterois\” balıqları iynələri vardır ki, onlar adamı sancdıqda ağır xəstəliyə səbəb, yaxud da ölümcül nəticələri ola bilər. Hətta köpək balıqları belə \”Pterois\” balıqlarının çox olduğu yerlərdən uzaq qaçırlar. (ans)

İnterpress.az