Portuqaliya yığmasının və “Real Madrid” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo əsəblərinə hakim ola bilməyib. Məlumata görə, futbolçu ona sual vermək istəyən jurnalisti pərt edib. O, müxbirin əlindən mikrofonu alaraq ətrafdakı çaya atıb.
Jurnalistin sualı isə bu günki oyun haqqında olub. Ronaldonun bu hərəkəti sosial şəbəkədə bir mənalı qarşılanmayıb. Bu axşam Avropa çempionatının F qrupunda Portuqaliya Macarıstan yığması ilə qarşılaşacaq. Ronaldo turnir ərzində fərqlənə bilməyib. (ans)
İnterpress.az