Erkən final türkə tapşırıldıbackend

Erkən final türkə tapşırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA azərkeşlərin erkən final saydığı qarşılaşmanı türkiyəli hakim Cüneyt Çakıra həvalə edib. Məlumata görə, təcrübəli FİFA referisi Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək İspaniya – İtaliya matçını idarə edəcək.
Ona bu işdə həmyerliləri Hüseyn Göçək və Barış Şimşək köməklik göstərəcək.

Çakırın \”Avro-2016\”da ilk təyinatı qrup mərhələsinin ilk turunda keçirilən Portuqaliya isə İslandiya oyunu olub. Çakır Çempionlar Liqası və Avropa Liqası da daxil olmaqla UEFA-nın bayrağı altında keçirilən bütün turnirlərdə yarımfinal mərhələsinin həm ilk, həm də cavab görüşünə təyinat alan ilk hakim kimi tarixə düşüb.

Erkən final türkə tapşırıldı

Türkiyə-Xorvatiya oyunu. Arxiv.

Bir neçə günlük fasilədən sonra Avropa çempionatı həyəcanı bu gendən davam edir. 1/8 final mərhələsinin ilk oyun günündə 3 qarşılaşma keçiriləcək.
\”A\” qrupunda ikinci olmuş İsveçrə 7 xalla \”C\” qrupunda eyni pilləni tutan Polşa ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 17:00 başlayacaq oyun Sen-Etyen şəhərində yerləşən \”Joffrua Gişar\” stadionunda baş tutacaq. 6 xalla \”B\” qrupunun lideri olmuş Uels Avropanın ən güclü 8 komandası sırasına daxil olmaq üçün \”C\” qrupunda üçüncü olmuş Şimali İrlandiya səddini keçməlidir. Parisin \”Park de Frans\” stadionunda baş tutacaq oyun yerli vaxtla saat 20:00 başlayacaq.

Saat 23:00-da başlayacaq sonuncu oyununda isə Xorvatiya və Portuqaliya yığmaları üz-üzə gələcək. Xorvatiya \”D\” qrupunu 7 xalla birinci, Portuqaliya isə \”F\” qrupunu 3 xalla 3-cü pillədə başa vurub. Lansda yerləşən \”Boller Delelis\” stadionunda baş tutacaq oyunla günə son veriləcək.İsveçrə – Polşa cütünün qalibi 1/4 finalda Xorvatiya və Portuqaliya komandalarının güclüsü ilə qarşılaşacaq.

Uels – Şimali İrlandiya oyununu qələbə ilə başa vuran yığmanın rəqibi isə iyunun 26-da keçiriləcək Macarıstan – Belçika cütünün qalibi ilə üz-üzə gələcək. (ans)

İnterpress.az