Belçika milli komandasının baş məşqçisi Mark Vilmots futbolçu Raca Nainqqolanın siqaret çəkməsinə münasibət bildirib.
Məlumata görə, yerli mətbuata açıqlama verən çalışdırıcı bunun futbolçunun öz qərarı olduğunu və ona qadağa qoymaq fikrində olmadığını bildirib: “Bəli, Raca siqaret çəkir. Əgər o bunu istəyirsə, mənim ona mane olmaq fikrim yoxdur. Bu məsələdə sərt adam deyiləm.
Əgər mən ona gündə 5-6 siqaret çəkməyi qadağan etsəm, Raca bunu hardasa gizlicə edəcək. Əksinə otellərdə yerləşmə zamanı çalışıram ki, Nainqqolan üçün balkonu olan otaq ayırım ki, heç olmasa yanğın siqnalizasiyası işə düşməsin. Milli komandada yeganə siqaret çəkən odur”.
Əslən İndoneziyadan olan və \”Roma\” klubunun üzvü olan Raca Nainqqoladan başqa Belçika millisinin digər üzvləri – Dris Mertens, Kevin de Brüyne, Tomas Vermalen, Yan Vertonqen və Simon Minyole (saçını bərbərə düzəldən) ilə birgə Slovakiya – İngiltərə oyununa baxdığı və əlində siqaret qutusu tutduğu görünür. (ans)
İnterpress.azhttps://youtube.com/watch?v=ShpYnRgQr-w