Azərbaycanın daha bir boksçusu Rio-2016-ya vəsiqə qazanıbbackend

Azərbaycanın daha bir boksçusu Rio-2016-ya vəsiqə qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, buna Bakıda keçirilən boks üzrə Dünya Təsnifat Turniri çərçivəsində 75 kq-da çıxış edən təmsilçimiz Kamran Şahsuvarlı nail olub.

Belə ki, azərbaycan boksçunun 1/4 finalda məğlub olduğu İrlandiya boksçusu Maykl Oreylinin türkmənistanlı rəqibi Açilovun görüşə çıxmaqdan imtina etməsi səbəbindən 75 kq çəki dərəcəsində final görüşü baş tutmayıb. Nəticədə Kamran Şahsuvarlı beşinci vəsiqənin sahibi olub.

Bununla da Azərbaycanın kişilərdən ibarət boks üzrə yığma komandası tarixdə ilk dəfə olaraq olimpiadada tam heyətlə təmsil olunacaq. Bunadək ən yüksək nəticəmiz 12 il əvvəl Afina Yay Olimpiya Oyunlarında qeydə alınıb. Əlcək ustalarımız sözügedən yarışda 9 nəfərlə təmsil olunmuşdu.

İndi isə Azərbaycan 10 çəki dərəcəsində təmsil olunacaq. Qadın boksunda yeganə lisenziyamızı Anna Alekseyevna qazanıb. Boks yığmamızın bu uğuru güləş millisindən sonra ikinci belə nailiyyətdir. Fərq yalnız güləşdə daha az çəki dərəcəsində lisenziya qazanmağımızdır.

Bakıdakı boks turnirinə isə bu gün yekun vurulacaq. Finalda artıq Rio-2016-ya yüksələn iki təmsilçimiz yarışacaq. Finalda Rüfət Hüseynov ispaniyalı Samuel Karmona, Teymur Məmmədov isə almaniyalı Serge Mixellə üz-üzə gələcək. (musavat)

İnterpress.az