Boks üzrə dünya çempionu dopinqdən istifadə etməkdə şübhəli sayılırbackend

Boks üzrə dünya çempionu dopinqdən istifadə etməkdə şübhəli sayılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, T. Fyuri 28 noyabr 2015-ci ildə Düsseldorfda ukraynalı Vladimir Kliçko ilə son döyüşündə qalib gəlib və IBF, IBO, WBO i WBA versiyaları üzrə dünya çempionu adı qazanıb.

Sonradan britaniyalı boksçu IBF versiyası üzrə dünya çempionu titulundan məhrum edilib. V. Kliçko ilə T. Fyuri arasında revanş görüşün bu il iyulun 9-da Mançester şəhərində keçirilməsi nəzərdə tutulsa da, T. Fyurinin topuğundan zədə alması səbəbindən oktyabra təxirə salınıb.

T. Fyurinin qanında qadağan edilmiş nandrolon maddəsi 2015-ci ilin martında, V. Kliçko ilə görüşdən əvvəl götürülmüş qan nümunəsində aşkarlanıb. Əgər dopinqdən istifadə faktı təsdiqlənərsə, 27 yaşlı boksçu bütün titullarından məhrum ediləcək və boks yarışlarından kənarlaşdırılacaq. (apa)

İnterpress.az