Günün ilk matçında 1/8 finalın ən böyük maraq doğuran cütlüyü, İtaliya ilə İspaniya üz-üzə gələcəklər. Bunu bir növ erkən final da adlandırmaq olar. Çempionat başladıqda favoritlər arasında göstərilməyən “Skuadra Adzurra” qrupdakı çıxışı ilə çempionluğa əsas iddiaçılar arasına düşüb. “Buğalar” isə Xorvatiyaya məğlubiyyətdən sonra ikinci yeri tutaraq çətin rəqiblə oynamalı oldu. Gərgin mübarizəyə səhnə olacağı gözlənilən matçın qalibinin kim olacağı səbirsizliklə gözlənilir.
Günə İngiltərə – İslandiya matçı ilə yekun vurulacaq. Güclü heyəti olmasına baxmayaraq, istənilən səviyyədə çıxış etməyən ingilislər, şübhəsiz ki, aşkar favoritdilər. Amma İslandiya onu ciddi qəbul etməməyin ağır cəzasının olduğunu artıq göstərib. Heyətdə tez-tez eksperimentlərə əl atan Roy Hocson istədiyi oyun qurğusunu “oturda” bilməsə də, istənilən halda adalıları bir addım öndə hesab etmək olar.
Interpress.az