Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Mikael Andreasyan açıqlama verib.
Bununla bağlı müzakirələrin getdiyini və bu səbəbdən sifariş ərizəsini göndərməyə tələsmədiklərini deyən Andreasyanın sözlərinə görə, hər şey yekun qərardan asılı olacaq: “Biz iyulun 30-dək iştirakımızı təsdiqləyə bilərik. Ola bilsin, bu gün də qərar verilsin”.
Ermənistan Şahmat Federasiyasının vitse-prezidenti Smbat Lputyan isə bir müddət öncə Bakıya gəlib-gəlməyəcəklərini şahmatçıların son durumundan asılı olacağını vurğulayıb.
Qeyd edək ki, Azərbaycan tərəfi sentyabrın 1-14-də paytaxtımızda keçiriləcək Olimpiadada ermənilərin təhlükəsizliyi ilə bağlı təminat verib.
İnterpress.az