Partiya lideri Ərdoğanın bu addımını sərt şəkildə tənqid edib.
\”Ərdoğan Putinə məktub göndərib, Türkiyə Cümhuriyyəti adından üzr istəyib. Sən kimsən ki, Türkiyə adından üzr istəyirsən?! Türkiyəni təmsil edirsənsə, otur adam kimi təmsil et! Sən qüsura baxma Türkiyə Cümhuriyyətini təmsil edə bilməzsən! Rusiyadan üzr istəyə bilməzsən, buna haqqın yoxdur. Sərhədimizi kim pozdu? Ruslar. Ərdoğan “üzr istəməli olan tərəf Rusiyadır” demişdi. Bir də gördük ki, Rusiyadan üzr istəyirlər. Bunların apardığı xarici siyasət budur! Öncə aslan kimi kükrəyirlər, indi isə pişik kimi miyoldayırlar”, – deyə Klıçdaroğlu sərt şəkildə çıxış edib. ( anspress.com )
İnterpress.az