Çavuşoğlu Lavrovla görüşəcəkbackend

Çavuşoğlu Lavrovla görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “Reuters” Türkiyə prezidentinin nümayəndəsinə istinadən xəbər yayıb.

Bundan əvvəl Mövlud Çavuşoğlunun Rusiyanın iyulun 1-də Soçi şəhərində keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) XİN rəhbərləri Şurasının toplantısında iştirak edəcəyi barədə məlumat yayılmışdı.

Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, hazırda Sergey Lavrovun QDİƏT tədbiri çərçivəsində türkiyəli həmkarı ilə görüşünün mümkünlüyü nəzərdən keçirilir.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ötən gün 2015-ci ilin noyabrında Rusiya təyyarəsinin vurulmasına görə rusiyalı həmkarı Vladimir Putinə üzrxahlıq edib. ( apa )

İnterpress.az