“Kəpəz” “Daçiya”nın müqavimətini qıra bilmədibackend

“Kəpəz” “Daçiya”nın müqavimətini qıra bilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan klublarından qitəmiqyaslı yarışlarda mübarizəyə ilk başlayan \”Kəpəz\” olub.
16 illik fasilədən sonra qitə arenasına çıxan Gəncə klubu Avropa Liqasının I təsnifat mərhələsində Moldova \”Daçiya\”sını qəbul edib. Oyun 0:0 hesabı ilə başa çatıb. Bu matç “Kəpəz”in 5787 gündən sonra Avropa arenasına dönüşü olub. Sonuncu dəfə 2000-ci ildə UEFA Kubokunda yarışmış və 16 il qitəmiqyaslı turnirlərə qatılmayan gəncəlilər yarışın yeni adı altında ilk dəfə çıxış ediblər.

Bu görüş həm “Kəpəz”, həm də baş məşqçi Şahin Diniyev üçün ilklə yadda qalıb. Gəncəlilər ilk dəfə Şahin Diniyevin rəhbərliyi ilə avrokuboklarda çıxış edibsə, “Daçiya” ilə oyun Diniyev üçün avrokuboklarda debüt olub.(anspress)

İnterpress.az