Avstriyada təlim-məşq toplanışında olan \”Qarabağ\” ikinci yoxlama matçında Rusiya nəhəngi \”Zenit\”lə qarşılaşıb.
Matçın 81-ci dəqiqəsində Rahid Əmirquliyevin vurduğu yeganə qol matçda həlledici olub – 1:0.
Ağdamlıların minimal hesablı qələbəsi ilə başa çatan qarşılaşmadan sonra \”Zenit\”in əslən azərbaycanlı futbolçusu Ramil Şeydayev oyunla bağlı fikirlərini səsləndirib. O, \”Qarabağ\”ı tərifləyib.
\”Qarabağ\”ın necə oynadığını görmək istəyirdim. Buna görə də qarşılaşma mənim üçün maraqlı idi. \”Qarabağ\” çox xoşuma gəldi. Rəqib topa yaxşı nəzarət edirdi və heyətlərində güclü futbolçular var. Bu komandanın avrokuboklardakı oyunlarını izləmişəm. Məğlub olduq, təəssüratlarım çox deyil. Oyunda hərəkətlilik pis deyildi. İkinci hissədə topa yaxşı nəzarət etdik. Ancaq qol vurmaq alınmadı. Növbəti oyunda qol vuraram\”, – deyə Şeydayev bildirib. \”Zenit\” və Rusiya millisinin şərəfini qoruyan Şeydayevin atası Kürdəmirdən, anası isə rusdur. (anspress)
İnterpress.az