Fransada keçirilən Avropa çempionatı davam edir. ANS PRESS-in məlumatına görə, bu gün daha bir yarımfinalçının adı müəyyənləşəcək.
1/4 final mərhələsində Belçika və Uels komandaları üz-üzə gələcək. Uels hər nə qədər yaxşı oyun sərgiləsə də, Belçika favorit hesab olunur. Buna baxmayaraq, Qaret Beyl və onun komanda yoldaşları bu mərhələyə qədər təsadüf nəticəsində gəlmədiklərini isbatlamağa çalışacaq. Cütün qalibi yarımfinalda Portuqaliya millisi ilə qarşılaşacaq.
\”Avro-2016\”nın 1/4 final mərhələsinin ilk oyunu dünən Marsel şəhərinin “Velodrom” stadionunda keçirilib. Matçda Portuqaliya və Polşa yığma komandaları qarşılaşıblar.
Görüşün 2-ci dəqiqəsində Polşa yığmasının kapitanı Robert Levandovski fərqlənərək komandasını hesabda irəli çıxarıb. Lakin polyaklar bu üstünlüklərini qorumağı bacarmayıblar. Oyunun 33-cü dəqiqəsində Renato Sançes Portuqaliyanın bərabərlik qolunun müəllifi olub. Matçda bundan başqa qol olmayıb və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Matç heç-heçə başa çatdığından əlavə vaxt oynanılıb. Əlavə vaxtda da hesab açılmadığı üçün 11 metrlik cərimə zərbələri seriyası yerinə yetirilib. Penaltilər seriyasında 6:4 hesabı ilə qalib gələn Portuqaliya yığması yarımfinala vəsiqə qazanan ilk komanda olub. Portuqaliya millisinin builki Avropa çempionatında keçirdiyi bütün oyunların əsas vaxtı heç-heçə başa çatıb.
\”Avro-2016\”
Yarımfinal
23:00. Uels – Belçika
Baş hakim: Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan
Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Nikola Ritsoli (İtaliya)
İdmanFutbolAvro-2016AVRO 2016
İnterpress.az