Turnirin lideri Niko Rosberq qəzaya düşüb, bolidin ötürmə qurğusu dağıldığından onu cərimə gözləyir.
\”Mercedes\” komandasının pilotu Avstriya Qran-prisində üçüncü sərbəst yürüş zamanı döngədə avtomobilinin arxa sol asqısı qırıldığından idarəetməni itirib və bolid maneəyə çırpılıb.
Üçüncü sərbəst yürüşü \”Ferrari\”dən olan digər alman pilot, Sebastyan Fettel 1 dəq. 7.098 san. göstərici ilə qazanıb. İkinci onun komanda yoldaşı Kimi Raykkonen, üçüncü isə \”Mercedes\”in hazırki dünya çempionu Lüis Hemilton olub.
Xatırladaq ki, Niko Rosberq Bakıda keçirilən Avropa Qran-prisində qalib gəlmişdi. (milli.az)
İnterpress.az