Bundan əlavə vergidən yayındığı üçün argentinalı iki milyon cərimə ödəməlidir.İspaniyanın “Barselona” klubunun argentinalı ulduzu Lionel Messi barədə məhkəmə tərəfindən 21 aylıq həbs qərarı çıxarılıb.
Müstəntiqlər məşhur futbolçu və onun atasının gəlirlərin bir hissəsinin gizlətməsi üçün ofşor sxemlərindən istifadə etdiyini sübut edib. 2013-cü ildə vergidən yayındıqları üçün İspaniya məhkəməsi Leo və atası Xorxe Messi barəsində həbs qərarı verib. Argentinalı 4,1 milyon avro vergidən yayınmaqda günahlandırılıb.
Barselona Prokurorluğu bu məsələdə bütün məsuliyyətin futbolçunun atasının üzərinə düşdüyü qeyd edib.
Bü gün keçirilən məhkəmə prosesində Messi və atası barədə 21 aylıq həbs qərarı çıxarılıb. Lakin onlar həbs olunmayacaqlar. Məsələ burasındadı ki, İspaniya qanunlarına görə, şiddət tətbiq olunmayan və müddəti 2 ildən az olan həbs cəzalarını pul cəriməsi ilə əvəzləmək olur. Məhkəmə Messini 2, atasını isə 1.5 milyon avro məbləğində cərimələyib.
Bir müddət əvvəl Argentina yığmasının və \”Barselona\”nın ulduzu Lionel Messi millidə karyerasını başa vurub. Messi Amerika Kubokunun finalında Çiliyə məğlubiyətdən sonra bu qərara gəlib.
Ötən il \”Barselona\”nın təcrübəli futbolçusu Xavier Maskeranoya bir illik həbs cəzası verilib. Buna səbəb argentinalı futbolçunun vergidən yayınması olub. Amma futbolçu 815 min avro ödəyərək, bu cəzadan qurtula bilib. Maskerano da qanunun bu mərhəmətindən yararlanıb.
İnterpress.az