ANS PRESS-in məlumatına görə, finala vəsiqə qazanmaq üçün Portuqaliya ilə Uels milliləri üz-üzə gələcək.
Bu oyunu Madridin \”Real\” klubunda birgə çıxış edən Kriştiano Ronaldo və Qaret Beyl dueli də adlandırmaq olar. Millilərinin ən güclü oyunçuları bu matçı son günlərin ən gözlənilən oyununa çeviriblər. Bütün futbol həvəskarlarının gözü Kriştianu Ronaldo – Qaret Beyl duelində olacaq.
Komandaların bura qədər gəldiyini nəzərə alsaq, deməli, tərəflər finala yüksəlmək üçün maksimum ehtiyatlı oyuna üstünlük verib, ələ düşən fürsətdən yararlanmağa çalışcaqlar. Portuqaliya hər nə qədər favorit olsa da, Uels də rəqibinə güc göstərmək potensialına sahibdir.
İlk dəfə Avropa birinciliyinə qatılan Uelsın əsas heyət üzvlərindən ikisi – Aron Remsi və Ben Deyvis bu görüşdə cəza səbəbindən meydana çıxa bilməyəcək. Buna baxmayaraq, turnirin sürpriz komandası olan Kris Koulmenin yetirmələri Belçikadan sonra Portuqaliyanı da mübarizədən kənarlaşdırmaqda israrlıdılar.
6 iyul
\”Avro-2016”, yarımfinal
23:00. Portuqaliya – Uels
Baş hakim: Jonas Eriksson
Yan xətt hakimləri: Matias Klasenius, Daniel Varnmark
Əlavə köməkçi-hakimlər: Stefan Yohanesson, Markus Strömberqsson (hamısı İsveç)
Lion. Lion stadionu
Interpress.az