Kişinyovun \”Daçiya\” komandası Gəncə \”Kəpəz\” ilə üz-üzə gələcək.
Xatırladaq ki, burada keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatıb.
Ötən həftəyə qədər Moldova \”Daçiya\”sının prezidenti olan, indi isə ona baş menecerlik edən Adlan Şişxanov I təsnifat mərhələsinin cavab görüşü öncəsi keçirdiyi mətbuat konfransında təxribatçı bəyanatla çıxış edib.
İnquşetiyalı klub funksioneri əvvəlcə oyun barədə danışıb: “Bizi cavab görüşü gözləyir. Əla bilirik ki, iki oyunun nəticəsi əsas götürülür. Oyunun önəmini yaxşı anlayırıq və görüşə hazırıq”.
O bildirib ki, rəqibin yenə eyni və ya fərqli taktika ilə çıxış edəcəyi onu maraqlandırmır: “Rəqibin taktikası məni əsla maraqlandırmır. \”Kəpəz\”lə əsl döyüşün olacağına təminat verə bilərəm”.
Adlan Şişxanov \”Kəpəz\”in məşqə getmək istəməməsi barədə suala da özünəməxsus cavab verib: “Moldovanın ərazisi cəmi 33 min kvadrat kilometrdir. \”Kəpəz\” getməməyi qərara alıbsa, öz işidir. Komandanın öz baş məşqçisi var”.
Moldova \”Daçiya\”sının baş meneceri “Sizə təxribatçı suallar verirlər, siz də eyni ruhda cavablandırırsınız…” iradı ilə razılaşmayıb: “Xeyr, təxribatçı sualları Bakıda sizin jurnalistlər verirdilər. Üzlərində də heç bir təəccüb işarəsi görünmürdü. Mən isə özümə təqdim olunan açıqlamalar əsasında danışıram. Siz Bakıda Formula 1 keçirirsiniz, biz isə sizin üçün Kişineudan Speyaya Dakar rallisi təşkil edəcəyik. Oradakı stadionu sizin üçün cəhənnəmə çevirəcəyik. Stadion çox qaynar olacaq”.
İnterpress.az