Rusiya mətbuatından verilən məlumata görə, azərbaycanlı futbolçu “Spartak”la danışıqlar aparır.
“Sport Ekspress” nəşri iddia edir ki, 20 yaşlı hücumçu yaxın günlərdə “ağ-qırmızılar”la müqavilə imzalayacaq.
Qeyd edək ki, “Zenit”in aşağı yaş qruplarında futbola başlayan Şeydayev ilk dəfə 2014–cü ilin oktyabr ayında əsas komanda ilə oyuna çıxıb. O, Sankt-Peterburq komandasının əsas heyətində cəmi 5 matçda forma geyinib. (musavat)
İnterpress.az