“Qalatasaray”ın əfsanəvi qapıçısı vəfat edibbackend

“Qalatasaray”ın əfsanəvi qapıçısı vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hürriyet”ə yaydığı xəbərə görə, T. Şeren bu gün səhər saatlarında 84 yaşında dünyasını dəyişib.

Turqay Sabit Şeren 1932-ci ildə Ankarada doğulub. Futbolçu kimi \”Qalatasaray\”da yetişib və bütün karyerasını bu komandada keçirib.

İlk matçına 1949-1950-ci il mövsümündə çıxıb. 1966-1967-ci il mövsümündə karyerasını tamamlayıb. 405 rəsmi matçda çıxış edib.

Türkiyə milli komandasında 46 dəfə forma geyib. 1951-ci ildə Qərbi Almaniya ilə Berlində keçirilən və Türkiyənin 2-1 qələbəsi ilə başa çatan qarşılaşmada parlaq oyunundan sonra \”Berlin panteri\” ləqəbini alıb.

1954-cü il dünya çempionatında Türkiyə milli komandasının qapısını qoruyub. Futbolçu karyerasını tamamladıqdan sonra bir müddət məşqçilik, daha sonra isə şərhçiliklə məşğul olub.

İnterpress.az