Hesablama Palatası rüşvət virusuna yoluxub-VİDEObackend

Hesablama Palatası rüşvət virusuna yoluxub-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İş adamı ölkədəki korrupsiya halları ilə bağlı bir sıra dövlət qurumlarını, o cümlədən Hesablama Palatasını yıxıb-sürüyüb.

O, çox vacib olan bu strukturun da rüşvətxorluq virusuna yoluxduğunu və bu strukturun fəaliyyətinin xoşagəlməz, faciəli nəticələrə gətirib çıxara biləcəyindən ehtiyatlandığını bildirib: \”Hesablama Palatasının bu əməlləri Vətənə,cənab Prezidentə xəyanət kimi qiymətləndirilir. Ölkə büdcəsinə əsas nəzarət mexanizmlərindən hesab edilən Hesablama Palatasının öz vəzifəsini lazımi səviyyədə icra edə bilməməsi ağır nəticələrə gətirib çıxara bilər”.

Tanınmış iş adamı onu da qeyd edir ki, Hesablama Palatasının dövlətin büdcəsinə nəzarət etməsi əvəzinə baş verən mənimsəmələrə, oğurluqlara, bu cinayətlərə göz yumması,əslində ,həmin əməlləri törədənlərdən də ikiqat artıq cinayət törətməsi deməkdir.

Dövlətçiliyimizin qorunması, mühafizə edilməsində parlamentin – Milli Məclisin də roluna qiymət verən Gülağa Tənha bu orqanı daha aktiv fəaliyyət göstərməyə səsləyir.

Belə ki, Milli Məclis Hesablama Palatasının işinə nəzarət etməli, büdcədən ölkə iqtisadiyyatına ayırılmış pullara və bu pulların hara, nə qədər və nə üçün xərcləndiyini tələb etməli idi. Bu sahədə şəffaflığın da olmaması belə cinayətlərin asanlıqla həyata keçməsinə şərait yaradır.

Hesablama Palatası rüşvət virusuna yoluxub-VİDEO

Həmin video-müsahibənin əsas tezisləri bunlardır:

– Eldar Mahmudov MTN-dəki vətənpərvərləri uzaqlaşdırıb, ancaq OBXSS-dəki alverçiləri ora topladı.
– Bu gün Hesablama Palatası prezidentə xəyanət edir.
– Hesablama Palatasının əməkdaşları və rəhbərliyi bir sıra cinayətlərə göz yumurlar və onlarla əlbirdirlər.
– Hesablama Palatası cəfəngiyyatla məşğul olur və milyardlarla dövlətə ziyan vurulur.
– Dünyanın sivil ölkələrində Hesablama Palataları hər üç aydan bir hesabat verir.
– Siz deyə bilərsinizmi ki, Hesablama Palatası Azərbaycanda hansı böyük cinayətin üstünü açıb?
– Üç günün polisi özünə \”krutoy” \”Mercedes” alır.
– Hesablama Palatası oğruluqları araşdırıb, tapmalıdır.
– Hesablama Palatası düzgün işləmədiyindən və Milli Məclis də bu məsələyə laqeyd yanaşdığından nazirlər Milli Məclisin üzvlərini saymırlar.
– Üç-beş il sonra Hesablama Palatasının da dəhşətli cinayətləri açılacaq…
– Cinayətə göz yummaq onu etmək kimidir. Hesablama Palatası da bəzi cinayətlərə göz yumur.
(azpress.az)