NTV kanalı Azərbaycan xalqından və “Kəpəz”dən üzr istədibackend

NTV kanalı Azərbaycan xalqından və “Kəpəz”dən üzr istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Verilən xəbərə görə, bununla bağlı açıqlama yayılıb. Kanalın açıqlamasında bildirilir ki, Anadolu Agentliyinə istinadən verilmiş xəbərdə “Kəpəz” səhvən Ermənistan komandası kimi göstərilib.

“Yanlışlıq fərq edilən anda dərhal düzəldilib. ntv.com.tr saytı olaraq, Azərbaycan xalqından və komanda üzvlərindən üzr istəyirik. Komandaya Avropada keçirəcəyi oyunlarda uğurlar arzu edirik”, – deyə açıqlamada qeyd olunub. Türkiyənin “Hurriyet” qəzeti də texniki xətanı aradan qaldırıb.

* * *13:11

Türkiyə mətbuatı kobud səhvə yol verib.

Məlumata görə, qonşu ölkənin bəzi idman portalları “Kəpəz”i Ermənistan klubu kimi təqdim edib.

Onlar arasında \”Hürriyet\” və “Lig TV” kimi tanınmış saytlar da var. Avropa Liqasında II təsnifat mərhələsinin cütlüklərinin yayımlandığı xəbərdə “Kəpəz”in qarşısında Ermənistan sözü yazılıb.

Qeyd edək ki, Azərbaycanın tarixi klublarından olan Gəncə təmsilçisi Avroliqanın I mərhələsində Moldova “Daçiya”sını səfərdə vurduğu 1 qol (0:0, 1:0) sayəsində məğlub edərək, növbəti mərhələdə \”Admira\”ya (Avstriya) rəqib olub. (apa)

İnterpress.az