İyulun 14-də azarkeşlər ilk olaraq \”Neftçi\”nin oyununa şahidlik edəcəklər. Makedoniya \”Şkendiya\”sı ilə \”Bakcell Arena\”da keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
Ardınca isə \”Kəpəz\”in Avstriyada \”Admira\”ya qarşı mübarizəsini izləmək mümkün olacaq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Son olaraq \”Qəbələ\” Macarıstan MTK-sının qonağı olacaq. Həmin oyun Bakı vaxtı ilə 22:30-da başlayacaq.
Xatırladaq ki, cavab görüşləri iyulun 21-də keçiriləcək. (virtualaz.org)
İnterpress.az