Yozef Blatterə xərçəng diaqnozu qoyulubbackend

Yozef Blatterə xərçəng diaqnozu qoyulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Futbol Federasiyasının (FİFA) sabiq prezidenti Yozef Blatter dəri xərçəngindən əziyyət çəkir və sol qulağının bir hissəsinin kəsilməsi üzrə cərrahiyyə əməliyyatı keçirib. Məlumata görə, 80 yaşlı Blatter 2015-ci ilin əvvəlində emosional gərginlik səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

FİFA-nın sabiq prezidenti Sürixdəki klinikada əməliyyat olunub. Onun əsəb sistemində yaranan problemdən də əziyyət çəkdiyi iddia olunur.

2015-ci ilin may ayında İsveçrədə bir sıra yüksək rütbəli FİFA rəsmisi həbs edilib. Saxlanılan FİFA məmurlarının yaratdıqları korrupsion sxem təxminən 20 il ərzində mövcud olub və onlara yüz milyonlarla dollar məbləğində qeyri-qanuni gəlir əldə etmək imkanı yaradıb.

Yozef Blatterə xərçəng diaqnozu qoyulub

Canni İnfantino – FİFA-nın prezidenti

Bundan əlavə məlum olub ki, İsveçrə polisi DÇ-2010, DÇ-2018 və DÇ-2022-yə ev sahibliyi edəcək ölkələrin seçilməsi zamanı korrupsiya halları qeydə alınıb.

29 may 2015-ci il tarixində FİFA konqresində 5-ci dəfə təşkilatın prezidenti vəzifəsinə seçilən Yozef Blatter bundan cəmi bir neçə gün sonra korrupsiya qalmaqalı ilə əlaqədar gözlənilmədən vəzifəsindən istefa verib.

FİFA-nın yeni prezidenti bu il fevralın 26-da İsveçrənin Sürix şəhərində keçirilən növbədənkənar konqresdə Canni İnfantino seçilib. (ans)


İnterpress.az