İqtisadçı –ekspert Rəşad Həsənov bildirir ki, 3-cü devalvasiya dedikdə manatın bundan sonrakı dövrdə zaman-zaman dəyər itirməsindən söhbət gedir. \”Təbii ki devalvasiya baş tutacaq. Çünki, Azırbaycanda ilin 1 –ci nisbətinin pofisit təhlili onu göstərir ki, hədiyyə balansında defisit (çatışmazlıq) var. Bu defisiti kompensasiya edəcək mənbələrin uçotu zəifdir. Çünki, Neft Fondu dəqiq olaraq büdcə qarşısında öhdəliklərini yerinə yetirmək məqsədi ilə kompensasiyalar edir. Valyuta bazarında yalnızca rutin kompensasiya etmək məsuliyyəti daşıyır\”.
Rəşad Həsənovun fikrincə ilin sonunadək manat 10% dəyər itirə bilər. \”Təxmini hesablamalar onu göstərir ki, dollar ilin sonunadək rəsmi məzənnədə 1.70 – 1.75 manat arasında ola bilər. Qara bazarlarda isə ola bilər ki, dollar 1.80 – 1.90 manata dək yüksəlsin. O dövrlərdə ki, faktiki olaraq Mərkəzi Bank (MB) bazarlarda iştirak etməyəcək, Dövlət Neft Fondu valyuta hərraclarına vəsait çıxarmayacaq və ciddi panikalar yaranacaq”
İqtisadçı –alim Vüqar Bayramov da deyir ki, dollara tələb yüksəkdir. \”Hərraclarda bankların sifarişi təxminən yarım milyard dollardır. Neft Fondu isə bazara cəmi 50 milyon dollar vəsait çıxarır. Mərkəzi Bank hərraca daxil olub tələbi ödəməsə, növbəti dövrlərdə dolların qiymətində artımlar olacaq.Ona görə də, dolların məzənnəsi MB –ın hərraca qayıdıb qayıtmamasından asılı olacaq\”.
Vüqar Bayramov da ilin sonunadək dolların manat qarşısında 1.70 – 1.75-ə bahalaşacağını proqnozlaşdırır. (1xeber)
İnterpress.az