Onlardan 29-u səhmdar cəmiyyətdir. Azərbaycanlılar həmin cəmiyyətlərə 4 milyon 126 min lirə yatırıblar.
Məlumata görə xəbəri Türkiyə Palatalar və Birjalar Birliyi yayıb.
Bu şirkətlərin elan edilmiş ümumi kapitalı 13 milyon lirədən artıqdır. Həmin vəsaitin 10 milyondan artığı azərbaycanlı təsisçilərə məxsusdur.
Hazırda Türkiyədə Azərbaycan kapitalının iştirakı ilə 1700-ə yaxın şirkət fəaliyyət göstərir.
Azərbaycandan Türkiyəyə kapital axını daha çox 2013-cü ildən artmağa başlayıb. Həmin vaxtdan bu yana azərbaycanlılar Türkiyədə 600-dən artıq şirkət qurublar. (virtualaz.org)