Millimiz Avropa birinciliyinin bürünc medalçısıdırbackend

Millimiz Avropa birinciliyinin bürünc medalçısıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yarımfinalda Rusiya millisinə məğlub olan tennisçilərimiz bürünc medala sahib olublar.

Yeniyetmə qızlarımız Çexiyanın yığma komandasına və Fransa millisinə qalib gələrək 9-cu yeri qazanıblar.

Xorvatiya və Fransa millilərini məğlub edən gənc qızlarımız isə 5-ci yeri tutublar.

Qeyd edək ki, Azərbaycanın stolüstü tennis tarixində ilk dəfə olaraq bu cür yüksək nəticələr əldə olunub.

Gənclər arasında Avropa birinciliyi iyulun 17-dək davam edəcək.

Qarşıda yeniyetmə və gəncləri şəxsi, qoşa və qarışıq qoşa dərəcələrdə medallar uğrunda mübarizə gözləyir.

İnterpress.az