İnterpress.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, N. Rosberq “Formula-1”-in son mərhələsində – Əbu-Dabi Qran-prisində “Mersedes” komandasındakı britaniyalı həmkarı Luis Hamiltondan sonra finişə ikinci çatıb.
Ancaq “Formulı-1”-in son çempionu olan L. Hamilton bu dəfəki “Formula-1”-in öncəki mərhələlərində N. Rosberqdən 12 xal geridə qaldığı üçün çempiona tituluna yiyələnə bilməyib. “Formula-1” mərhələləri üzrə ümumilikdə 385 xal toplayan N. Rosberq ümumilikdə 380 xal toplamış L. Hamiltonu qabaqlayaraq çempion olub. Üçüncü yerdə sahibi “Ferrari” komandasının pilotu Sebastyan Fettel qərarlaşıb.
İnterpress.az