Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun 2-1 “Qarabağ” ın məğlubiyyəti ilə başa çatıb.
Beləliklə, Qurban Qurbanovun komandası 1/16 final mərhələsinə adlaya bilməyib.
***
Təmsilçimiz “Qarabağ”da qrupda sonuncu və həlledici oyununa çıxır.
Qurban Qurbanovun komandası Bakıda İtaliyanın “Fiorentina” klubunu qəbul edir.
Ağdam təmsilçisi çətin rəqibinə qalib gəlsə, Azərbaycan futbolu tarixində ilkə imza ataraq, adını 1/16 final mərhələsinə yazdıracaq. Komadamız heç-heçə nəticəsində də istəyinə çata bilər. Bunun üçün PAOK – \”Slovan\” oyunu ya bərabərliklə bitməli, ya da Çexiya təmsilçisi qalib gəlməlidir.
Qrup lideri olan “Fiorentina”ya isə növbəti mərhələyə yüksəlmək üçün 1 xal da kifayət edir.
Xatırladaq ki, “Qarabağ” Florensiyada keçirilən oyunda bu rəqibinə 1:5 hesabı ilə uduzub.
İnterpress.az